Posterlər bir hadisə, məhsul və ya xidmət haqqında məlumat vermək üçün etibarlı bir yoldur. Afişa və posterlər statik vəziyyətdədir. Adətən həm yaxın məsafədən, həm də uzaqdan görünür.

Afişa və posterlər uzun illərdir ki, reklam məlumatlarının yayılmasının ən yaxşı yolu olub və qalır. Lakin çap ustaları üçün onlar yalnız müştərinin məhsullarını tanıtmaq üçün bir yol deyil, həm də çap məhsuludur. Müxtəlif formatlı posterlərin çap edilməsi mütəxəssislər tərəfindən aparılmalıdır.

Poster çapı üçün ən çox yayılmış üç üsulu təklif edirik – rəqəmsal, ofset və geniş format. Rəqəmsal poster çapı əsasən kiçik çap işlərində istifadə olunur. Bu üsul birbaşa çap prosesində lazımi düzəlişlər etməyə imkan verir. Geniş formatlı poster çapı xarici reklam üçün istifadə olunur. Bu üsul posterləri yalnız kağıza deyil, digər materiallara – özünə yapışan material, banner parça və s. Sıxlığı 90 ilə 300 qram arası olan kağızlar, poster hazırlamaq üçün ən populyar materialdır.

WeCreativez WhatsApp Support
Suallarınızı cavalandırmağa hazırıq!
???? Salam, sizə necə kömək edə bilərik?