Rəqəmsal vizitkart modelləri günbəgün artsa da, sadə və klassik vizitkart həmişə ən ideal olanlardır. Digərlərindən fərqlənmək üçün əlbəttə ki, fərqli rəqəmsal vizitkart dizaynlarına da dönmə riski olacaq. Əlbətdə, iş gördüyünüz sahədən asılı olaraq müxtəlif növ vizitkartlardan istifadə edə bilərsiniz. Rəqabətin çox olduğu bir dövrdə özünüzü xatırlatmaq üçün kiçik, amma effektiv bir vasitə olan vizitkart eyni zamanda fərqli və kreativ dizaynlarda da ola bilər. Amma nəzərə almaq lazımdır ki, özünüzlə gəzdirdiyiniz cüzdanların (pul qabıların) vizitkart üçün nəzərdə tutulmuş cibləri klassik vizitkartların ölçülərinə uyğun hazırlanmışdır. Yəni 5.5 x 8.5 sm-dən böyük olan vizit kartları ölçü uyğun gəlmədiyindən müştəri daim öz cibində gəzdirməyə bilər. Beləliklə bu, ehtiyac olduqda sizə və ya şirkətinizlə əlaqə yaratmağı çətinləşdirir.

Vizitkart dizaynında diqqət olunması lazım olan nüanslar aşağıdakılardır:

  • Düzgün dil seçimi (ana dili və digər xarici dil)
  • Ad və Soyadın düzgün yazılması
  • Şirkət logosunun və ya adının düzgün yazılması
  • Əlaqə vasitələrinin dəqiq yazılması
  • Ünvanın düzgün göstərilməsi

Bütün yuxarıda qeyd olunanların düzgün şəkildə vizitkartın dizaynında əks olunması müştərinin sizə və ya şirkətinizə qarşı olan inamını daha da artıracaqdır.

Əgər bir vizitkartınız yoxdursa, istər heç kəsə bağlı olmayan, yəni sərbəst işləyən bir hüquqşünas, memar və ya reklamçı olun, istərsə də hər hansı bir şirkətdə marketinq rəhbəri və ya ictimaiyyətlə əlaqələr mütəxəssisi olun, bu sizin işgüzar halınızı tamamlamayacaqdır. Keyfiyyətli və uyğun bir vizitkartınıza sahib olmaq üçün www.uniprinting.az sizin xidmətinizdədir. İstədiyiniz dizaynda digital və ya ofset çapla hazırlanan vizitkarta sahib olmaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

WeCreativez WhatsApp Support
Suallarınızı cavalandırmağa hazırıq!
???? Salam, sizə necə kömək edə bilərik?